Azərbaycan əsas tədarük bazarından iribuynuzlu mal-qara ixracını xeyli artırıb
- 22 aprel, 2022
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2,61 milyon ABŞ dolları dəyərində 824 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 2,9 dəfə, kəmiyyət olaraq – 3 dəfə artıb.
Hesabat dövründə Estoniyadan 844,45 min ABŞ dolları dəyərində 260 ədəd, Avstriyadan 795,49 min ABŞ dolları dəyərində 247 ədəd, Almaniyadan 500,09 min ABŞ dolları dəyərində 165 ədəd, Macarıstandan 287,95 min ABŞ dolları dəyərində 99 ədəd, Çexiyadan 117,82 min ABŞ dolları dəyərində 31 ədəd, Türkiyədən 66 min ABŞ dolları dəyərində 22 ədəd iribuynuzlu ev heyvanı alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Avstriyadan idxal müvafiq olaraq 33 % və 36 % artıb, Çexiyadan – 18,3 % və 0 % artıb. Ötən ilin ilk iki ayında Estoniyadan, Almaniyadan, Macarıstandan və Türkiyədən tədarük olmayıb.
Qeyd edək ki, ötən il ölkəyə xaricdən gətirilən iribuynuzlu ev heyvanlarının (düyə, inək və digərləri) 51 %-i Avstriyadan alınıb.