Azərbaycan əsas tədarük bazarından heyvanlar üçün vaksin alışını 17 dəfə artırıb

ASK
  • 12 avqust, 2022
  • 13:20
Azərbaycan əsas tədarük bazarından heyvanlar üçün vaksin alışını 17 dəfə artırıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycan 5,915 milyon ABŞ dolları dəyərində 59,65 ton baytarlıq vaksini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 65,4 %, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Türkiyədən 1,456 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2 dəfə artıb) 16,8 ton (+17 dəfə), Ukraynadan 1,284 milyon ABŞ dolları dəyərində (+48 dəfə) 7,18 ton (+5,8 dəfə), Niderlanddan 687,46 min ABŞ dolları dəyərində (+76,6 %) 1,52 ton (+52 %), İsraildən 523,02 min ABŞ dolları dəyərində (+33,4 %) 2,05 ton (-18 %), İtaliyadan 381,35 min ABŞ dolları dəyərində (+1,6 %) 7,17 ton (+50,3 %) məhsul gətirilib.

Qeyd edək ki, ötən il Azərbaycanın xaricdən (23 ölkədən) aldığı 8,342 milyon ABŞ dollarlıq baytarlıq vaksininin 25 %-i Türkiyənin, 14,7 %-i Fransanın, 13,5 %-i İsrailin payına düşüb.

44 filmi