Azərbaycan əsas tədarük bazarından heyvan yemi alışını kəskin artırıb
- 30 aprel, 2024
- 12:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 17,61 milyon ABŞ dolları dəyərində 30 min 318 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Argentinadan 13,37 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 31 dəfə çoxdur) 20 min 724 ton (+33 dəfə), Rusiyadan 4 milyon ABŞ dolları dəyərində (+38 %) 9 min 133 ton (-2 %), Qazaxıstandan 144,32 min ABŞ dolları dəyərində 442 ton (bir il əvvəl tədarük olmayıb), Şri-Lankadan 28,91 min ABŞ dolları dəyərində 19,43 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 0,44 min ABŞ dolları dəyərində 0,11 ton (bir il əvvəl tədarük olmayıb) yem alıb.
2023-cü ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 150 min ton heyvan yeminin 47,3 %-i Argentinanın, 40 %-i Rusiyanın payına düşüb.