Azərbaycan əsas tədarük bazarından heyvan piyi alışını 8 dəfə artırıb
- 02 iyun, 2025
- 11:32
Bu ilin yanvar-mart aylarında Azərbaycan 697,42 min ABŞ dolları dəyərində 377 ton heyvan piyi (iribuynuzlu heyvan, qoyun və keçi) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq – 3,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 499 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 dəfə çoxdur) 223 ton (+8 dəfə), Rusiyadan 139,66 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 132,59 ton (+5,8 dəfə) və Monqolustandan 58,64 min ABŞ dolları dəyərində (+3 dəfə) 21,3 ton (+2,6 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 895 ton heyvan piyinin 46 %-i Çinin, 37 %-i Rusiyanın payına düşüb.