Azərbaycan əsas tədarük bazarından günəbaxan toxumu idxalını kəskin artırıb

ASK
  • 05 iyul, 2024
  • 11:24
Azərbaycan əsas tədarük bazarından günəbaxan toxumu idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2,93 milyon ABŞ dolları dəyərində 1 min 534 ton günəbaxan toxumu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 61 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 1,24 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 574 ton (+3 dəfə), Türkiyədən 695 min ABŞ dolları dəyərində (-21 %) 286 ton (-38 %), Qırğızıstandan 447 min ABŞ dolları dəyərində 210 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 248 min ABŞ dolları dəyərində (-47 %) 306 ton (-54 %), Qazaxıstandan 125,2 min ABŞ dolları dəyərində 62 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 5 min 301 ton günəbaxan toxumunun 33,3 %-i Çinin, 32,3 %-i Rusiyanın, 25 %-i Türkiyənin payına düşüb.