Azərbaycan əsas tədarük bazarından buğda alışını 54 % artırıb

ASK
  • 13 sentyabr, 2023
  • 07:13
Azərbaycan əsas tədarük bazarından buğda alışını 54 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 165 milyon ABŞ dolları dəyərində 587 min ton buğda gətirilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,5 %, kəmiyyət olaraq – 34,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 114,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,4 % çoxdur) 428 min 258 ton (+54 %) və Qazaxıstandan 50,41 milyon ABŞ dolları dəyərində (-1,5 %) 149 min 745 ton (-1 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana idxal edilən (Rusiya, Qazaxıstan və Türkiyə) 1 milyon 289 min ton buğdanın 78,2 %-i Rusiyanın payına düşüb.

44 filmi