Azərbaycan əsas tədarük bazarından ananas alışını 63 % artırıb
- 03 avqust, 2024
- 06:12
Bu ilin yanvar-may aylarında Azərbaycan 1,31 milyon ABŞ dolları dəyərində 1 min 447 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 46 % çoxdur.
Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 1,24 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 % çoxdur) 1 min 431 ton (+63 %), Tailanddan 54,62 min ABŞ dolları dəyərində (-50 %) 14,76 ton (-48 %), Mavrikiyadan 2,58 min ABŞ dolları dəyərində (+7,1 %) 0,52 ton (+8,3 %), İrandan 2 min ABŞ dolları dəyərində 0,34 ton (bir il əvvəl tədarük olmayıb), Cənubi Afrika Respublikasından 0,73 min ABŞ dolları dəyərində 0,15 ton (bir il əvvəl tədarük olmayıb) ananas alıb.
2023-cü ildə Azərbaycana 10 ölkədən idxal edilmiş 2 min 337 ton ananasın 91,4 %-i Kosta-Rikanın payına düşüb.