Azərbaycan əsas tədarük bazarına nar ixracını kəskin artırıb
- 04 aprel, 2023
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 3,37 milyon ABŞ dolları dəyərində 2 min 691 ton nar ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,6 dəfə, kəmiyyət olaraq – 4,8 dəfə çoxdur.
Azərbaycan Rusiyaya 3,132 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 dəfə çoxdur) 2 min 308 ton (+4,5 dəfə), Belarusa 89,41 min ABŞ dolları dəyərində 62,4 ton (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 74,82 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 163 ton (+5 dəfə), Gürcüstana 36,8 min ABŞ dolları dəyərində (+7,7 dəfə) 98,1 ton (+7,8 dəfə) və Qazaxıstana 32,2 min ABŞ dolları dəyərində 60 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycandan ixrac edilən (9 ölkəyə) 23 min 335 ton narın 85 %-i Rusiyanın payına düşüb.