Azərbaycan əsas tədarük bazarına heyva satışını kəskin artırıb
- 26 aprel, 2023
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 278 min ABŞ dolları dəyərində 290 ton heyva ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 268,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 277,48 ton (+2,2 dəfə), Qazaxıstana 5,39 min ABŞ dolları dəyərində 9,22 ton (bir il əvvəl tədarük olmayıb) və Belarusa 4 min ABŞ dolları dəyərində 3,27 ton (bir il əvvəl tədarük olmayıb) meyvə satılıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan (6 ölkəyə) ixrac edilən 1 min 619 ton heyvanın 94,4 %-i Rusiyanın payına düşüb.