Azərbaycan əsas tədarük bazarına çiyələk ixracını kəskin artırıb

ASK
  • 25 iyun, 2022
  • 09:14
Azərbaycan əsas tədarük bazarına çiyələk ixracını kəskin artırıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 696,21 min ABŞ dolları dəyərində 397,26 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,8 dəfə, kəmiyyət olaraq – 3,6 dəfə çoxdur.

Rusiyaya 592,02 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,1 dəfə artıb) 328,9 ton (+4 dəfə) və Qazaxıstana 104,19 min ABŞ dolları dəyərində (+2,9 dəfə) 68,36 ton (+2,3 dəfə) məhsul satılıb.

Hesabat dövründə Azərbaycan xaricdən 100,2 min ABŞ dolları dəyərində 40,1 ton çiyələk alıb ki, bu da ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 27,2 % çoxdur və 4,8 % azdır.

Türkiyədən 85,23 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 9,3 % artıb) 34,1 ton (-18,1 %) və İrandan 14,94 min ABŞ dolları dəyərində (+23,4 dəfə) 5,98 ton (+18,8 dəfə) məhsul idxal edilib.

Qeyd edək ki, ötən il xaricə (Rusiya, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri) satdığımız 4 min 970 ton çiyələkin 96,6 %-i Rusiyanın payına düşüb.