Azərbaycan əsas satış bazarına üzüm ixracını kəskin artırıb
- 26 aprel, 2023
- 05:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 259 min ABŞ dolları dəyərində 189 ton üzüm (təzə) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Rusiyaya 238,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 168,6 ton (+2,2 dəfə), Ukraynaya 13,4 min ABŞ dolları dəyərində 16,7 ton (bir il əvvəl tədarük olmayıb) və Belarusa 6,6 min ABŞ dolları dəyərində 3,7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul göndərilib.
2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 12 min 148 ton üzümün 97,6 %-i Rusiyanın payına düşüb.