Azərbaycan əsas satış bazarına gavalı və göyəm ixracını 20 dəfə artırıb

ASK
  • 28 iyun, 2023
  • 10:14
Azərbaycan əsas satış bazarına gavalı və göyəm ixracını 20 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 35 min ABŞ dolları dəyərində 4,56 ton gavalı və göyəm idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 83,1 % azdır.

Azərbaycan Cənubi Afrika Respublikasından 32,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14,1 % çoxdur) 4,08 ton (+15 %) və İrandan 2,4 min ABŞ dolları dəyərində (-97,7 %) 0,48 ton (-98 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə (bir il əvvəl olduğu kimi ancaq Rusiyaya) 21,93 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 17,58 ton (+20 dəfə) gavalı və göyəm göndərilib.

2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilən 5,1 min ton gavalı və göyəmin 97,7 %-i Rusiyanın payına düşüb.