Azərbaycan əsas satış bazarına çiyələk ixracını kəskin artırıb
- 23 iyun, 2023
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2,724 milyon ABŞ dolları dəyərində 1 min 933 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,9 dəfə, kəmiyyət olaraq – 4,9 dəfə çoxdur.
Azərbaycan Rusiyaya 2,426 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,1 dəfə çoxdur) 1 min 713 ton (+5,2 dəfə), Qazaxıstana 278,6 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 213,75 ton (+3,1 dəfə) və Belarusa 19,41 min ABŞ dolları dəyərində 5,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
2022-ci ildə Azərbaycana (3 ölkədən) idxal edilən 10,1 min ton çiyələyin 97,1 %-i Rusiyanın payına düşüb.