Azərbaycan ərəb ölkələrinə süd məhsulları ixrac edəcək

Azərbaycan ərəb ölkələrinə süd məhsulları ixrac edəcək Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Qətər və Birləşmiş Ərəb Əmirliklərinə süd məhsulları ixrac edəcək.
ASK
24 Yanvar , 2019 11:48
Azərbaycan ərəb ölkələrinə süd məhsulları ixrac edəcək

Bakı. 24 yanvar. REPORT.AZ/ "Azərbaycan Qətər və Birləşmiş Ərəb Əmirliklərinə süd məhsulları ixrac edəcək".

Bunu “Report”a açıqlamasında Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov bildirib. 

Onun sözlərinə görə, yerli süd bazarındakı vəziyyət, məhsulların satışı ilə bağlı problemlər emal müəssisələrini ixrac barədə düşünməyə vadar edib. 

"Söhbət əsasən pendir ixracından gedir. İxrac üçün hazırdlıq görülür və yaxın zamanlarda həyata keçirilməsi planlaşdırılır”,-  S.Eyyubov deyib. 

Son xəbərlər

Orphus sistemi