Azərbaycan DESFA məsələsində Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirəcək

Azərbaycan DESFA məsələsində Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirəcək Dövlət Neft Şirkətinin aldığı Yunanıstan şirkətinin özəlləşdirilməsi ilə bağlı yekun qərarın 2015-ci ilin ilk yarısında veriləcəyi gözlənilir
ASK
6 Noyabr , 2014 15:25

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Yunanıstanın qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin alınması barədə Avropa İttifaqının antiinhisar orqanlarına, alqı-satqı prosesinin rəsmiləşdirilməsi məqsədi ilə göndərilmiş sonuncu bildiriş kontekstində, daha dərin araşdırmaların aparılması üçün Avropa Komissiyası tərəfindən II Mərhələnin açılışı müəyyən edilib.

ARDNŞ-dan "Report"a verilən məlumata görə, II Mərhələdə aparılan araşdırmalar, adətən, 90 iş günü ərzində həyata keçirilir. Yekun qərarın isə 2015-ci ilin ilk yarısında veriləcəyi gözlənilir.

"ARDNŞ, Avropa Komissiyasının müvafiq xidmətləri tərəfindən bu prosesə sərf edilmiş və ediləcək zaman, səy və resursları yüksək qiymətləndirir və qısa müddət ərzində bu prosesin başa çatdırılması üçün Komissiya ilə konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirir", - deyə Dövlət Neft Şirkətinin məlumatında bildirilir.

Xatırladaq ki, ARDNŞ DESFA-da iştirak payını Yunanıstan hökumətinin keçirdiyi özəlləşdirmə proqramı çərçivəsində alıb.

Son xəbərlər

Orphus sistemi