Azərbaycan daha iki ölkəyə təbii bal satmağa başlayıb
- 10 avqust, 2022
- 06:09
2022-ci ilin ilk 5 ayında Azərbaycan 263,28 min ABŞ dolları dəyərində 55,21 ton təbii bal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,7 %, kəmiyyət olaraq – 3,3 % azdır.
Rusiyadan 136,44 min ABŞ dolları (bir il əvvəlki göstərici ilə müqayisədə 10,6 % artıb) dəyərində 27,26 ton (+10,2 %), Türkiyədən 58,1 min ABŞ dolları (-29,3 %) dəyərində 16,41 ton (-24,5 %), İspaniyadan 48,65 min ABŞ dolları dəyərində 6,59 ton (bir il əvvəl idxal olmayıb), İrandan 12,13 min ABŞ dolları (-73,8 %) dəyərində 3,95 ton (-75,7 %), Almaniyadan 4,51 min ABŞ dolları (-61,5 %) dəyərində 0,43 ton (-68,7 %) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 3 min ABŞ dolları dəyərində 0,14 ton təbii bal ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 300 dəfə və 14 dəfə artıb.
Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 2,93 min ABŞ dolları dəyərində 0,11 ton, İraqa 0,06 min ABŞ dolları dəyərində 0,02 ton və Belçikaya 0,02 min ABŞ dolları dəyərində 0,02 ton məhsul göndərilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraq və Belçikaya tədarük həyata keçirilib.
Qeyd edək ki, ötən il Azərbaycan Rusiyaya, Qazaxıstana, Birləşmiş Ərəb Əmirliklərinə, Yaponiyaya təbii bal tədarük edib.