Azərbaycan daha iki ölkədən kərə yağı almağa başlayıb

ASK
  • 21 yanvar, 2022
  • 05:53
Azərbaycan daha iki ölkədən kərə yağı almağa başlayıb

2021-ci ilin 11 ayı ərzində Azərbaycan 64,199 milyon ABŞ dolları dəyərində 12 min 336,64 ton kərə yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tədarük dəyər ifadəsində 3,62 %, kəmiyyət olaraq – 8,39 % azalıb.

Hesabat dövründə Yeni Zelandiyadan 29,484 milyon ABŞ dolları dəyərində 5 min 699,15 ton, Ukraynadan 13,449 milyon ABŞ dolları dəyərində 2 min 603,46 ton, Belarusdan 7,988 milyon ABŞ dolları dəyərində 1 min 522,74 ton, Finlandiyadan 3,891 milyon ABŞ dolları dəyərində 696,64 ton, Fransadan 2,076 milyon ABŞ dolları dəyərində 342,21 ton məhsul alınıb.

2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə Yeni Zelandiyadan tədarük müvafiq olaraq 3,38 % və 9,44 % azalıb, Ukraynadan 23,62 % və 26,1 % azalıb, Belarusdan 2,9 % və 2,7 % azalıb, Finlandiyadan 33,2 % və 23,7 % artıb, Fransadan 11,2 % və 20,2 % azalıb. Üçillik aradan sonra Latviyadan idxal bərpa edilib. Ötən il ilk dəfə olaraq Paraqvaydan kərə yağı tədarük olunmağa başlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti