Azərbaycan daha iki ölkədən hindtoyuğu əti tədarük etməyə başlayıb

ASK
  • 22 oktyabr, 2024
  • 12:29
Azərbaycan daha iki ölkədən hindtoyuğu əti tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 2 min 140 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 6 % azdır.

Hesabat dövründə Azərbaycan Braziliyadan 662 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % azdır) 817 ton (-13 %), Rusiyadan 714 min ABŞ dolları dəyərində (-8 %) 282 ton (-0,05 %), Kanadadan 471 min ABŞ dolları dəyərində (+28 %) 671 ton (+28 %), Portuqaliyadan 442 min ABŞ dolları dəyərində (+45 %) 300 ton (+33 %), Çilidən 51,23 min ABŞ dolları dəyərində 22 ton məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Sinqapurdan (0,74 min ABŞ dolları dəyərində 0,02 ton) və Çilidən tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 3 min 314 ton hindtoyuğu ətinin 49 %-i Braziliyanın, 16,5 %-i Kanadanın payına düşüb.