Azərbaycan daha bir ölkəyə tərəvəz toxumu satmağa başlayıb
- 24 noyabr, 2022
- 05:53
Bu ilin ilk 9 ayında Azərbaycana 8,628 milyon ABŞ dolları dəyərində 74,84 ton tərəvəz toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 16,7 % azdır.
Fransadan 1,272 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,7 dəfə çoxdur) 11,02 ton (+5,5 dəfə), Perudan 1,219 milyon ABŞ dolları dəyərində (-43,3 %) 0,08 ton (-11,1 %), Braziliyadan 1,148 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 0,06 ton (-78,6 %), Türkiyədən 943,26 min ABŞ dolları dəyərində (-27 %) 16,68 ton (+13,3 %), Qvatemaladan 855,1 min ABŞ dolları dəyərində (+102 dəfə) 0,01 ton (dəyişməyib) məhsul alınıb.
Hesabat dövründə Azərbaycan 78,91 min ABŞ dolları dəyərində 24,12 ton tərəvəz toxumu ixrac edib.
Türkiyəyə 51,88 min ABŞ dolları dəyərində 0,01 ton, Gürcüstana 24,71 min ABŞ dolları dəyərində 21,32 ton və Özbəkistana 2,32 min ABŞ dolları dəyərində 2,8 ton məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə tədarük həyata keçirilib.