Azərbaycan daha bir ölkəyə süd və qaymaq ixrac etməyə başlayıb

ASK
  • 02 mart, 2023
  • 12:37
Azərbaycan daha bir ölkəyə süd və qaymaq ixrac etməyə başlayıb

Ötən il Azərbaycana 18,95 milyon ABŞ dolları dəyərində 10 min ton süd və qaymaq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 29 % çoxdur, kəmiyyət olaraq – 10 % azdır.

Azərbaycan İrandan 6,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 3 min 452 ton (-10 %), Belarusdan 4,6 milyon ABŞ dolları dəyərində (+28 %) 2 min 342 ton (-19 %), Türkiyədən 2,4 milyon ABŞ dolları dəyərində (+7,3 %) 1 min 469 ton (-6 %), Ukraynadan 2,4 milyon ABŞ dolları dəyərində (-16 %) 851,3 ton (-36 %), Rusiyadan 2,3 milyon ABŞ dolları dəyərində (+48 %) 1 min 630 ton (+30 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 1,433 milyon ABŞ dolları dəyərində (+6 %) 1 min 59 ton (+83 %) süd və qaymaq göndərilib.

Gürcüstana 795,23 min ABŞ dolları dəyərində (-15 %) 773,15 ton (+2 dəfə), Rusiyaya 610,25 min ABŞ dolları dəyərində (+45 %) 247 ton (+27 %), Özbəkistana 27,75 min ABŞ dolları dəyərində 38,88 ton və İraqa 0,25 min ABŞ dolları dəyərində 0,12 ton məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistana ixrac həyata keçirilib. Üç il 6 aylıq aradan sonra İraqa tədarük bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti