Azərbaycan daha bir ölkəyə nar ixrac etməyə başlayıb
- 28 sentyabr, 2023
- 08:04
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 8,1 milyon ABŞ dolları dəyərində 6 min 208 ton nar ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 7,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 5 min 510 ton (+4,2 dəfə), Ukraynaya 126,8 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 266,3 ton (+2,7 dəfə), Belarusa 106,8 min ABŞ dolları dəyərində 81,9 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 102,7 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 268,9 ton (+2,1 dəfə), Qazaxıstana 60,9 min ABŞ dolları dəyərində (+70 dəfə) 81,5 ton (+28 dəfə) məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinə (0,2 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycandan (9 ölkəyə) ixrac edilmiş 23 min 335 ton narın 85 %-i Rusiyanın payına düşüb.