Azərbaycan daha bir ölkəyə əncir ixrac etməyə başlayıb

ASK
  • 23 fevral, 2023
  • 12:29
Azərbaycan daha bir ölkəyə əncir ixrac etməyə başlayıb

2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycana xaricdən 315 min ABŞ dolları dəyərində 78 ton əncir (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 13 % azdır.

Türkiyədən 303,25 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 76 ton (-9,5 %), İrandan 9 min ABŞ dolları dəyərində (-55,8 %) 1,78 ton (-36 %), Lüksemburqdan 1,63 min ABŞ dolları dəyərində 0,09 ton, Braziliyadan 0,87 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 0,09 ton (+80 %), Almaniyadan 0,25 min ABŞ dolları dəyərində (-37 %) 0,02 ton (-33,3 %) və Perudan 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.

Üç il 11 aylıq fasilənin ardından Lüksemburqdan, 2 il 11 aylıq aradan sonra Perudan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycandan 15,89 min ABŞ dolları dəyərində (+17 dəfə) 8,38 ton (+12 dəfə) əncir ixrac edilib.

Rusiyaya 14,97 min ABŞ dolları dəyərində (+19 dəfə) 8,31 ton (+12 dəfə) və Yaponiyaya 0,93 min ABŞ dolları dəyərində 0,07 ton meyvə satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Yaponiyaya tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti