Azərbaycan daha bir ölkəyə alma şirəsi ixrac etməyə başlayıb
- 09 yanvar, 2023
- 12:58
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,755 milyon ABŞ dolları dəyərində 1 min 473 ton alma şirəsi ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 35,3 % çoxdur.
Hesabat dövründə Rusiyaya 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,6 % azdır) 894,31 ton (-11,6 %), Türkiyəyə 556,78 min ABŞ dolları dəyərində 462 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 82,1 min ABŞ dolları dəyərində 63,25 ton (2 il 3 aydan sonra tədarük bərpa edilib), Malayziyaya 19,86 min ABŞ dolları dəyərində (+22,5 %) 32,37 ton (-4,6 %), Səudiyyə Ərəbistanına 11,44 min ABŞ dolları dəyərində (-57 %) 9,61 ton (-62,8 %) məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük həyata keçirilib. Həmin ölkə Azərbaycandan 2,51 min ABŞ dolları dəyərində 2,43 ton şirə alıb.