Azərbaycan daha bir ölkədən yulaf tədarük etməyə başlayıb

ASK
  • 31 yanvar, 2025
  • 08:02
Azərbaycan daha bir ölkədən yulaf tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,34 milyon ABŞ dolları dəyərində 1 718 ton yulaf idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,24 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çoxdur) 1 665 ton (+13 %), Türkiyədən 74 min ABŞ dolları dəyərində (+31 %) 39 ton (+31 %), Almaniyadan 10,44 min ABŞ dolları dəyərində (-10 %) 4 ton (+4 %), İrandan 6,51 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 6,5 ton (+2,1 dəfə), Ukraynadan 2,4 min ABŞ dolları dəyərində 1,86 ton məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarından (ABŞ) tədarük (0,6 min ABŞ dolları dəyərində 0,2 ton) həyata keçirilib.

44 filmi