Azərbaycan daha bir ölkədən tərəvəz toxumu tədarük etməyə başlayıb
- 25 may, 2022
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübündə Azərbaycana xaricdən 2,419 milyon ABŞ dolları dəyərində 50,92 ton tərəvəz toxumu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7,7 %, kəmiyyət olaraq – 64,6 % çoxdur.
Hesabat dövründə Türkiyədən 504,03 min ABŞ dolları dəyərində 11,76 ton, Braziliyadan 374,68 min ABŞ dolları dəyərində 0,01 ton, Fransadan 342,13 min ABŞ dolları dəyərində 10,27 ton, Hindistandan 302,71 min ABŞ dolları dəyərində 0,17 ton, İsraildən 260,87 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 33 % və 82 % artıb, Fransadan – 15 dəfə və 24 dəfə artıb, Hindistandan – 2 dəfə və 4,3 dəfə artıb. Ötən ilin yanvar-mart aylarında Braziliya və İsraildən tədarük olmayıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tayvandan tədarük həyata keçirilib. Bu ölkədən 4,01 min ABŞ dolları dəyərində 0,01 ton tərəvəz toxumu alınıb.