Azərbaycan daha bir ölkədən palma yağı almağa başlayıb

ASK
  • 26 oktyabr, 2022
  • 08:42
Azərbaycan daha bir ölkədən palma yağı almağa başlayıb

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 69,662 milyon ABŞ dolları dəyərində 42 min 614 ton palma yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 22 % çoxdur.

Hesabat dövründə İndoneziyadan 55,864 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 89 % çoxdur) 34 min 986 ton (+37,2 %), Malayziyadan 7,959 milyon ABŞ dolları dəyərində (-37 %) 4 min 633 ton (-51 %), Kolumbiyadan 5,8 milyon ABŞ dolları dəyərində 2 min 978 ton, Türkiyədən 23,77 min ABŞ dolları dəyərində 9,99 ton, İrandan 12 min ABŞ dolları dəyərində (-30 %) 6 ton (-30,3 %) yağ alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kolumbiyadan tədarük həyata keçirilib. Üç illik fasilənin ardından Türkiyədən tədarük bərpa edilib.