Azərbaycan daha bir ölkədən kələm tədarükünə başlayıb

ASK
  • 04 avqust, 2022
  • 05:51
Azərbaycan daha bir ölkədən kələm tədarükünə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xaricdən 1,376 milyon ABŞ dolları dəyərində 3 min 390 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 42 dəfə, kəmiyyət olaraq – 43 dəfə çoxdur.

Hesabat dövründə İrandan 1,236 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 38 dəfə artıb) 3 min 065 ton (+39 dəfə), Türkiyədən 113,45 min ABŞ dolları dəyərində 259,47 ton (bir il əvvəl tədarük olmayıb), Türkmənistandan 19,2 min ABŞ dolları dəyərində 48 ton, Gürcüstandan 6,48 min ABŞ dolları dəyərində 16,2 ton (tədarük olmayıb) və Niderlanddan 0,68 min ABŞ dolları dəyərində 1,01 ton (tədarük olmayıb) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistandan tədarük həyata keçirilib.