Azərbaycan daha bir ölkədən bulğur tədarük etməyə başlayıb

ASK
  • 12 avqust, 2022
  • 05:30
Azərbaycan daha bir ölkədən bulğur tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 671,98 min ABŞ dolları dəyərində 954,73 ton bulğur buğdası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 64,5 %, kəmiyyət olaraq – 25,7 % çoxdur.

Hesabat dövründə Türkiyədən 671,71 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 70 % artıb) 954,58 ton (+27 %), Ukraynadan 0,15 min ABŞ dolları dəyərində 0,12 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 0,06 min ABŞ dolları dəyərində (-93 %) 0,02 ton (-94 %) və Çindən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti