Azərbaycan daha bir ölkədən ananas almağa başlayıb

ASK
  • 21 noyabr, 2022
  • 10:45
Azərbaycan daha bir ölkədən ananas almağa başlayıb

Bu ilin 3 rübü ərzində Azərbaycana 1,129 milyon ABŞ dolları dəyərində 1 min 125 ton ananas (təzə və ya qurudulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,4 %, kəmiyyət olaraq – 12,2 % çoxdur.

Hesabat dövründə Kosta-Rikadan 949,18 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30,2 % çoxdur) 1 min 050 ton (+23 %), Tailanddan 142,84 min ABŞ dolları dəyərində (+5,2 %) 36 ton (-2,7 %), Filippin 15,04 min ABŞ dolları dəyərində (-18,5 %) 17,7 ton (-18,3 %), İndoneziyadan 11,16 min ABŞ dolları dəyərində 13,12 ton (2 il 8 aydan sonra idxal bərpa edilib), Keniyadan 4,78 min ABŞ dolları dəyərində (-72,8 %) 5,62 ton (-73 %) məhsul alınıb.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Perudan tədarük həyata keçirilib. Həmin ölkədən 0,78 min ABŞ dolları dəyərində 0,92 ton ananas gətirilib.