Azərbaycan daha bir körfəz ölkəsinə pomidor tədarükünə başlayıb

ASK
  • 28 yanvar, 2022
  • 12:48
Azərbaycan daha bir körfəz ölkəsinə pomidor tədarükünə başlayıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 140 milyon 581,55 min ABŞ dolları dəyərində 129 min 631,23 ton pomidor göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 26,16 %, kəmiyyət olaraq – 26,34 % azalıb.

Azərbaycan hesabat dövründə Rusiyaya 138 milyon 317 min ABŞ dolları dəyərində 124 min 910,35 ton, Ukraynaya 693,36 min ABŞ dolları dəyərində 1 min 508,63 ton, Belarusa 583,95 min ABŞ dolları dəyərində 783,49 ton, Qazaxıstana 352,13 min ABŞ dolları dəyərində 685,62 ton, Birləşmiş Ərəb Əmirliklərinə 246,59 min ABŞ dolları dəyərində 894,24 ton pomidor satıb.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 26,29 % və 27,59 % azalıb, Ukraynaya – 33,6 % və 37,72 % azalıb, Belarusa – 18,2 dəfə və 20,7 dəfə artıb, Qazaxıstana – 4,8 dəfə və 5,4 dəfə artıb, Birləşmiş Ərəb Əmirliklərinə - 1,13 % azalıb və 10,69 % artıb. Bir il 5 aylıq fasilənin ardından Qətərə, 2 il 3 aylıq aradan sonra Latviyaya tədarük bərpa edilib. Ötən il ilk dəfə olaraq Azərbaycandan Türkmənistana pomidor ixrac olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti