Azərbaycan daha 3 ölkəyə badam ixrac etməyə başlayıb

ASK
  • 03 mart, 2025
  • 12:20
Azərbaycan daha 3 ölkəyə badam ixrac etməyə başlayıb

Ötən il Azərbaycandan xarici ölkələrə 2,27 milyon ABŞ dolları dəyərində 581 ton badam göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 21 % çoxdur, kəmiyyət olaraq – 31 % azdır.

Hesabat dövründə Azərbaycan Özbəkistana 860 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % azdır) 308 ton (-60 %), Türkiyəyə 808,1 min ABŞ dolları dəyərində 154 ton (2 il 6 aydan sonra tədarük bərpa edilib), Rusiyaya 360,6 min ABŞ dolları dəyərində (-20 %) 68,6 ton (-18 %), İrana 226,6 min ABŞ dolları dəyərində 44 ton, Gürcüstana 10,7 min ABŞ dolları dəyərində 6 ton və Almaniyaya 0,41 min ABŞ dolları dəyərində 0,06 ton məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Almaniyaya, Gürcüstana və İrana tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti