Azərbaycan daha 3 ölkədən pomidor almağa başlayıb
- 04 fevral, 2022
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin 11 ayı ərzində Azərbaycan xaricdən 708,24 min ABŞ dolları dəyərində 863 ton pomidor alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 4,8 dəfə, kəmiyyət olaraq – 3,3 dəfə artıb.
Hesabat dövründə Rusiyadan 411,26 min ABŞ dolları dəyərində 346,04 ton, Qazaxıstandan 178,79 min ABŞ dolları dəyərində 319,84 ton, Türkmənistandan 84,71 min ABŞ dolları dəyərində 162,37 ton, Belarusdan 33,39 min ABŞ dolları dəyərində 34,7 ton, Niderlanddan 0,07 min ABŞ dolları dəyərində 0,02 ton, İrandan 0,02 min ABŞ dolları dəyərində 0,03 ton, İspaniyadan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton pomidor tədarük edib.
2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 22,9 dəfə və 19,2 dəfə artıb, Türkmənistandan – 4,3 dəfə və 4,5 dəfə artıb, Niderlanddan – 7 dəfə və 0 % artıb, İrandan – 99,92 % və 99,93 % azalıb.
İki il 9 aylıq fasilənin ardından Belarusdan, 4 il 4 aylıq aradan sonra İspaniyadan tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Qazaxıstandan pomidor alıb.