Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb

ASK
  • 07 dekabr, 2023
  • 13:02
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 260,3 min ABŞ dolları dəyərində 227,6 ton lobya (təzə və ya soyudulmuş) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 2 % çoxdur.

Azərbaycan Rusiyaya 250,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,6 % çoxdur) 219,75 ton (+1,4 %), Türkiyəyə 8,2 min ABŞ dolları dəyərində 2,8 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 1 min ABŞ dolları dəyərində (dəyişməyib) 5 ton (-0,2 %) və Səudiyyə Ərəbistanına 0,43 min ABŞ dolları dəyərində 0,15 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 107,33 min ABŞ dolları dəyərində (+29 %) 152,5 ton (+28,5 %) lobya idxal edib.

Azərbaycan Türkiyədən 107 min ABŞ dolları dəyərində (+29 %) 152,46 ton (+29 %) və Keniyadan 0,25 min ABŞ dolları dəyərində 0,04 ton məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Keniyadan tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti