Azərbaycan daha 2 ölkədən əncir idxal etməyə başlayıb

ASK
  • 23 may, 2023
  • 05:38
Azərbaycan daha 2 ölkədən əncir idxal etməyə başlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 54,24 min ABŞ dolları dəyərində 14,34 ton əncir (təzə və ya qurudulmuş) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 4,5 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 46,46 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 12,65 ton (-12 %), İsraildən 5,26 min ABŞ dolları dəyərində 1,5 ton, Braziliyadan 1,11 min ABŞ dolları dəyərində (+4,1 dəfə) 0,1 ton (+3,3 dəfə), Lüksemburqdan 0,79 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), Cənubi Afrika Respublikasından (CAR) 0,29 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsrail və CAR-dan tədarük həyata keçirilib.