Azərbaycan Çindən yemiş tədarükünü bərpa edib

ASK
  • 26 iyul, 2024
  • 11:27
Azərbaycan Çindən yemiş tədarükünü bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana 86 min ABŞ dolları dəyərində 120,23 ton yemiş idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 61,32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 87,66 ton (+2,8 dəfə), Türkiyədən 19,39 min ABŞ dolları dəyərində (+97 %) 27,7 ton (+2,1 dəfə), Braziliyadan 4,66 min ABŞ dolları dəyərində (-28 %) 4,66 ton (-28 %), Kosta-Rikadan 0,2 min ABŞ dolları dəyərində (-82 %) 0,2 ton (-82 %), Çindən 0,1 min ABŞ dolları dəyərində 0,01 ton yemiş alıb.

Azərbaycan 5 il 2 aylıq fasilənin ardından Çindən yemiş tədarükünü bərpa edib.