Yuxarı
    Bağlamaq

    Azərbaycan Çindən tut ağacı tingləri alır

    Nazir: Son günlər yağan yağışlar pambıq təsərrüfatına ziyan vurub

    Bakı. 1 noyabr. REPORT.AZ/ Noyabrın 25-27-də Çindən Azərbaycana 1,5 mln. ədəd tut ağacı tingi gətiriləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

    Onun sözlərinə görə, bu addım ölkədə baramaçılığın inkişafı üçün atılır: "Tender elan etmişdik və Çin şirkəti qalib olub. Son nəticədə onlardan 1,5 mln. tut ağacı tingi alacağıq".

    H.Əsədov qeyri-neft sektorunun digər aparıcı sahəsi - pambıqçılıq barədə də danışıb və son günlər yağan intensiv yağışların bu sahəyə ziyan vurduğunu deyib: "Kombaynları tam alıb gətirməyimizə baхmayaraq, son günlər yağan yağışlar işlərimizə mane olur. Deyə bilərəm ki, pambıq sahələrində işlər tam dayanıb. Bu günə qədər 44 min ton pambıq yığılıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi