Azərbaycan Çindən konservləşdirilmiş balıq alışını 44 dəfə artırıb

ASK
  • 21 iyun, 2023
  • 07:12
Azərbaycan Çindən konservləşdirilmiş balıq alışını 44 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 4,124 milyon ABŞ dolları dəyərində 1 min 335 ton hazır və ya konservləşdirilmiş balıq gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 19 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,262 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % azdır) 566,6 ton (-45 %), Türkiyədən 934,13 min ABŞ dolları dəyərində (-26 %) 127,1 ton (-35 %), Latviyadan 547,1 min ABŞ dolları dəyərində (+20 %) 165,75 ton (+21 %), Çindən 316 min ABŞ dolları dəyərində (+7,7 dəfə) 111 ton (+44 dəfə), İrandan 301,83 min ABŞ dolları dəyərində (-10 %) 168,8 ton (-20 %) məhsul alıb.

2022-ci ildə Azərbaycana (27 ölkədən) idxal edilən 3 min 787 ton konservləşdirilmiş balığın 52 %-i Rusiyanın, 15 %-i Latviyanın payına düşüb.