Azərbaycan Çilidən hindtoyuğu əti tədarük etməyə başlayıb
- 01 may, 2024
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 742 min ABŞ dolları dəyərində 717,48 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 41 % çoxdur.
Hesabat dövründə Azərbaycan Braziliyadan 295 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 364 ton (+2 dəfə), Portuqaliyadan 141 min ABŞ dolları dəyərində (+53 %) 101 ton (+33 %), Kanadadan 123 min ABŞ dolları dəyərində (+76 %) 175 ton (+75 %), Rusiyadan 82 min ABŞ dolları dəyərində (-53 %) 39 ton (-19 %), Çilidən 51 min ABŞ dolları dəyərində 22 ton məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çilidən tədarük həyata keçirilib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 3 min 314 ton hindtoyuğu ətinin 49 %-i Braziliyanın, 16,5 %-i Kanadanın payına düşüb.