Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci təxminən 21 % azaldıb

ASK
  • 26 iyun, 2024
  • 11:30
Azərbaycan Cənub-Şərqi Anadoludan quru meyvə idxalına çəkdiyi xərci təxminən 21 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 0,918 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.

“Report” bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 % azdır.

Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 136,628 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 27,4 % çoxdur.

5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük quru meyvə ixracı Avropa İttifaqı ölkələrinə (62,323 milyon ABŞ dolları; illik müqayisədə 25,1 % çox) həyata keçirilib. Onu Amerika qitəsi (19,992 milyon ABŞ dolları; illik müqayisədə 68,4 % çox) və Yaxın Şərq ölkələri (15,486 milyon ABŞ dolları; 58,6 % çox) izləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti