Azərbaycan Cənub-Şərqi Anadoludan dənli və paxlalı bitki idxalını 10 %-ə yaxın artırıb
- 08 sentyabr, 2023
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-avqust aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 8,488 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 2 milyard 465,173 milyon ABŞ dollarlıq dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 9,1 % çoxdur.
8 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulları ixracını Yaxın Şərq ölkələrinə (1 milyard 098,166 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu, illik müqayisədə 8,8 % azdır.
Onları Afrika ölkələri (533,745 milyon ABŞ dolları) və Aİ ölkələri (411,947 milyon ABŞ dolları) izləyib. Bu isə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,9 % az və 6,5 dəfə çoxdur.