Yuxarı

Azərbaycan çayının genofondu öyrənilir

Bu il Elmi Tədqiqat İnstitutlarında araşdırılan problemlər məlum olub

Bakı. 23 aprel. REPORT.AZ/ 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi strukturuna daxil olan Elmi Tədqiqat (ET) institutlarında 18 proqram üzrə təqiqat aparılır.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda Əkinçilik ET İnstitutunda 6 proqram üzrə - (buğda – seleksiya, genofond, toxumçuluq, fiziologiya, bitki mühafizəsi, arpa – seleksiya, genofond, toxumçuluq, fiziologiya, bitki mühafizəsi, qarğıdalı – seleksiya, genofond, toxumçuluq, fiziologiya, bitki mühafizəsi, ərzaq paxlalılar- seleksiya, genofond, toxumçuluq, fiziologiya, bitki mühafizəsi, davamlı əkinçilik və bitki diversifikasiya-torpaq becərilməsi, gübrələmə sistemi, növbəli və fasiləsiz əkinlərin təsirlərinin öyrənilməsi,suvarma rejimi,sıfır becərmə,tirəyə səpin və s. məsələlərin öyrənilməsi, yemçiik-seleksiya, genefond,toxumçuluq, aqrotexnika), Tərəvəzçilik ET İnstitutunda -seleksiya və becərilmə texnologiyası problemi, Bitki Mühafizəsi və Texniki Bitkilər ET İnstitutu - bitki mühafizəsi problemi -bitkilərin zərərverici xəstəlik və alaq otlarına qarşı mühafizəsi və texniki bitkilər problemi - seleksiya, genefond,toxumçuluq, aqrotexnika və ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi, habelə Üzümçülük və Şərabçılıq ET İnstitutu - respublikada üzümçülük və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsi problemi araşdırılır.

Bundan başqa, Heyvandarlıq ET İnstitutumda - kənd təsərrüfatı heyvanlarının, quşların,balıqların,arıların və tut ipəkqurdunun yeni yüksək məhsuldar tip və xətlərinin yaradılması üzrə seleksiya-genetik üsulların işlənməsi, məhsuldarlığının artırılması və biotexnonologiyanın tətbiqi problemləri və xəstəlik və zərərvericilərər qarşı mübarizə tədbirlərinin işlənməsi problemi, Meyvəçilik və Çayçılıq ET İnstitutunda - meyvəçilik, subtropik bitkilər, Azərbaycan çayı (seleksiya, genofond, bitki mühafizəsi, ting, texnologiya), Baytarlıq ET İnstitutu – kənd təsərrüfatı heyvanlarının və ev quşlarının infeksion xəstəliklərinin ekoloji-epizootoloji xüsusiyyətlərinin öyrənilməsi və onlara qarşı kompleks mübarizə vasitələrinin axtarılması və mövcud üsullarının təkminləşdirilməsi, həmçinin heyvanların, quşların və balıqların sanitariya, parazitar xəstəliklərinin ekoloji-epizootoloji vəziyyətinin öyrənilməsi və səmərəli müalicə profilaktika vasitələrinin işlənib hazırlanması problemi və Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu – əhalinin etibarlı ərzaq təminatında yerli istehsalın rolunun artırılması istiqamətləri öyrənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi