Azərbaycan buğda idxalını kəskin artırıb

ASK
  • 17 fevral, 2022
  • 13:55
Azərbaycan buğda idxalını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan 93 min 704 ton buğda idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 32 milyon 475 min ABŞ dolları təşkil edib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı miqdar ifadəsində 4 dəfə (70 min 501 ton), dəyər ifadəsində isə 5,5 dəfə (26 milyon 575 min ton) çoxdur.

2021-ci ilin yanvar ayında Azərbaycan 5 milyon 900 min ABŞ dolları dəyərində 23 min 203 ton buğda idxal edib. Ötən il bir ton buğdanın statistik dəyəri 254 ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar ayında bir ton buğdanın statistik dəyəri 2021-ci illə müqayisədə 36,2 % artaraq 346 ABŞ dolları təşkil edib.

Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin məhsulu üçün 1 milyon 015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 602,1 min hektarı (59,3 %-i) buğda, 413,6 min hektarı (40,7 %-i) arpa və 0,2 min hektarı (0,02 %-i) çovdar təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti