Azərbaycan buğda idxalını 32 % artırıb

Azərbaycan buğda idxalını 32 % artırıb Buğda idxalı Azərbaycanın ümumi idxalının 1,9 %-ni təşkil edib
ASK
16 Aprel , 2021 15:20
Azərbaycan buğda idxalını 32 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 47,7 milyon ABŞ dolları dəyərində 187 min ton buğda idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 milyon ABŞ dolları (31,8 %) və ya 22 min ton (13,5 %) çoxdur.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,9 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi