Azərbaycan buğda idxalını 14 % azaldıb

Azərbaycan buğda idxalını 14 % azaldıb Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,77 %-ni təşkil edib.
ASK
16 Yanvar , 2021 10:20
Azərbaycan buğda idxalını 14 % azaldıb

Ötən il Azərbaycan 296,9 mln ABŞ dolları dəyərində 1 mln 365,1 min ton buğda idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 43,6 milyon ABŞ dolları (12,8 %) və 219,9 min ton ( 13,9 %) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,77 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi