Azərbaycan bu ilin I rübündə Qazaxıstandan 37 mln. dollarlıq taxıl alıb

Azərbaycan bu ilin I rübündə Qazaxıstandan 37 mln. dollarlıq taxıl alıb Bu ilin yanvar-mart aylarında Azərbaycan Qazaxıstandan 37 mln. ABŞ dolları dəyərində 195,4 min ton taxıl idxal edib.
ASK
24 May , 2019 10:26
Azərbaycan bu ilin I rübündə Qazaxıstandan 37 mln. dollarlıq taxıl alıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Qazaxıstandan 37 mln. ABŞ dolları dəyərində 195,4 min ton taxıl idxal edib.

“Report” bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, I rübdə Qazaxıstan ümumilikdə 1,7 mln. ton taxıl ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur. Son 1 ildə ölkənin ixrac etdiyi buğdanın dəyəri isə 18,2% artaraq 297,8 mln. dollar təşkil edib. 

Hesabat dövründə, Qazaxıstan Azərbaycanla yanaşı, Özbəkistana 96,3 mln. dollar dəyərində 622,9 min ton, Tacikistana 46,4 mln. dollar dəyərində 252,5 min ton, Əfqanıstana 19,5 mln. dollar dəyərində 106,1 min ton, Çinə 16,9 mln. dollar dəyərində 83,4 min ton, Türkmənistana 14,2 mln. dollar dəyərində 79,1 min ton, İtaliyaya isə 13,9 mln. dollar dəyərində 71,5 min ton taxıl, Türkiyəyə 11,9 mln. dollar dəyərində 70,6 min ton, Rusiyaya isə 11,4 mln. dollar dəyərində 53,1 min ton buğda ixrac edib.

Son xəbərlər

Orphus sistemi