Azərbaycan bu il Saratov və Samaradan 500 tondan çox taxıl alıb
- 06 dekabr, 2024
- 11:46
Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Saratov vilayətindən 533,3 min ton ərzaqlıq buğda və arpa idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, ilin əvvəlindən vilayətdən 34 ölkəyə 839,8 min ton dənli və paxlalı bitkilər, o cümlədən 144,7 min ton taxıl emalı məhsulları göndərilib.
İl ərzində Azərbaycandan sonra Saratovdan ən çox məhsulu Qazaxıstan (175,6 min ton), Türkiyə (71,6 min ton), Türkmənistan (32,1 min ton) və Latviya (22,9 min ton) alıb.
Azərbaycan bu il həmçinin Rusiyanın Samara vilayətindən 55,1 min ton buğda, noxud və mərcimək alıb.
Hesabat dövründə vilayətdən 18 ölkəyə 218,8 min ton dənli və paxlalı bitkilər, o cümlədən 57,8 min ton taxıl emalı məhsulları ixrac edilib.
Bu il Samaradan ən çox məhsulu Qazaxıstan (75,3 min ton; buğda, kəpək, un) alıb.