Azərbaycan bu il pomidor ixracından gəlirini 81 % artırıb

ASK
  • 29 aprel, 2022
  • 13:21
Azərbaycan bu il pomidor ixracından gəlirini 81 % artırıb

Bu ilin mart ayında Azərbaycan 14,3 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

İcmala görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 7,2 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan xarici ölkələrə 38,8 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib ki, bu da 2021-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 17,4 milyon ABŞ dolları və ya 81,3 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 225,6 milyon ABŞ dolları və ya 45 % artıb.

44 filmi