Azərbaycan bu il Gürcüstanın əsas süd və qaymaq tədarükçüsü olub
- 26 sentyabr, 2023
- 06:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 3,73 milyon ABŞ dolları dəyərində 4 min 678 ton süd və qaymaq idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 dəfə, kəmiyyət olaraq – 22 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana süd və qaymaq tədarük edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 31,1 milyon ABŞ dolları dəyərində 17 min 379 ton süd və qaymaq alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 26,3 % və 51,4 % çoxdur. O cümlədən, Gürcüstana Belarusdan 5,8 milyon ABŞ dolları dəyərində 2 min 592 ton, İrandan 1,81 milyon ABŞ dolları dəyərində 4 min 119 ton, Ukraynadan 1,54 milyon ABŞ dolları dəyərində 3 min 235 ton, Rusiyadan 1,51 milyon ABŞ dolları dəyərində 2 min 494 ton süd və qaymaq idxal edilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 46,1 milyon ABŞ dolları dəyərində 20 min 359 ton süd və qaymaq alıb ki, bunun da 842 min ABŞ dolları dəyərində 795 tonu Azərbaycanın payına düşüb.