Azərbaycan bu il Gürcüstandan 176,2 ton fındıq alıb

Azərbaycan bu il Gürcüstandan 176,2 ton fındıq alıb 2020-ci ilin analoji dövründə Azərbaycan qonşu ölkədən fındıq tədarük etməyib
ASK
19 May , 2021 13:44
Azərbaycan bu il Gürcüstandan 176,2 ton fındıq alıb
stock.adobe.com

Gürcüstandan bu ilin yanvar-aprel aylarında Azərbaycana 210,7 min ABŞ dolları dəyərində 176,2 ton fındıq ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

2020-ci ilin analoji dövründə Azərbaycan qonşu ölkədən fındıq tədarük etməyib. Ötən ilin avqust-sentyabr aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 142,9 min ABŞ dolları olan 142,8 ton fındıq alıb.

Bu ilin ilk 4 ayında Gürcüstandan ümumilikdə 30 mln 537,8 min ABŞ dolları dəyərində fındıq ixrac olunub ki, bu da illik müqayisədə 2,09 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi