Azərbaycan bu il fermerlərə subsidiyaların həcmini artırmayacaq

Azərbaycan bu il fermerlərə subsidiyaların həcmini artırmayacaq Kənd Təsərrüfatı Nazirliyi bu məsələ haqda düşünmür
ASK
20 Yanvar , 2016 13:39
Azərbaycan bu il fermerlərə subsidiyaların həcmini artırmayacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bu il fermerlərə dövlət xətti ilə ayrılan subsidiyaların artırılmasını gözləmir. Belə ki, artıq ötən il dövlət başçısının sərəncamı əsasında fermerlərə verilən subsidiyaların məbləğində artım həyata keçirilib. "Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib. 

Nazir müavini qeyd edib ki, bu il Nazirlik əsas diqqəti ölkədə daxili tələbatı ödəməyən kənd təsərrüfatı məhsullarına artıracaq. 

Qeyd edək ki, fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50%-dən 70%-ə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb. Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi 25% artırılaraq 50 manata yüksəldilib ki, bununla da həmin məqsədlə büdcədən verilən subsidiyanın həcmi 22% artırılıb.

Son xəbərlər

Orphus sistemi